Otaqlar

110.00 AZN / gün 4 otaq növləri

Otaqlar

*****Qalaaltı Hotel & Spa Azərbaycanda müasirlik və rahatlıqı ilə digər otel və istirahət mərkəzlərindən fərqlənir. Hotel 152 Superior sinif otaqları, 16 suit- otaqlar və müxtəlif dizayn üslubu ilə tərtib olunmuş üç villadan ibarətdir.

Номера Qalaalti Hotel & Spa *****
SPA

Five-Star Spa

SPA

Sağlam bədəndə sağlam ruh olar. “Qalaaltı” kompleksinin müasir SPA mərkəzi, dünya standartlarına uyğun təchiz edilmiş və Sizin həyat enerjinizi qorumağa, stresslərdən və artıq çəkidən azad olmağa, eyni zamanda orqanizminizin cavanlaşdırılmasına xidmət edir.

img7.jpg
Xidmət
Xidmət
Nömrələrə xidmət
Xidmət

Nömrələrə xidmət

Qalaaltı Hotel & Spa da 24 saat otaqlara yemək sifarişi vermək imkanı mövcuddur. Hər bir otaqda “ Otaq servis menusu” qoyulmuşdur. Menyuda qeyd edilən yemək və içkiləri ən tələbkar müştərinin istəyinə cavab verəcək halda təmin edilməsi üçün restoranımız yüksək peşəkarların nəzarəti altında 24 saat fəaliyyət göstərməkdədir.

Bundan əlavə, gecə yarısı susuzluqdan əziyyət çəksəniz, otaqlarda hər növ içkilərlə doldurulmuş minibardan istifadə edə bilərsiniz. Sular və şirniyyatlar minibarda soyudulmuş halda, qidaların saxlanılması qaydalarına tam uyğun şəraitdə istifadəniz üçün sunulur.

Minibar və otaq xidmətləri otaq xidmətinə daxil deyil və əlavə ödənişlidir.

+Nömrələrə xidmət
+Nömrələrə xidmət
Otaq və ümumu sahələrin təmizliyi

Bir sağlıq müəssisəsi olaraq biz təmizliyə xüsusi diqqətlə yanaşırıq. Gündəlik otaqların və ümumi sahələrin təmizlənməsi ilə yanaşı, həşaratların yayılmasına şərait yaradan və bir çox infeksion xəstəliklərə yol açan amilləri aradan qaldırmaq üçün müntəzəm olaraq gərəkən tədbirləri görülməsinə nəzarət edirik.

Müəssisəmizin meşə zolağında və vəhşi təbiət əhatəsində olması, gözəlliklə yanaşı müəyyən risklər də daşıyır. Alınmış tədbirlər bu gözəlliyin müsbət tərəflərindən faydalanaraq təbii mühitdə istirahətinizi tam təhlükəsizliyini təmin edir.

Bu tədbirlərə dezinfeksiya, deratizasiya və dezinseksiya aiddir.

+Otaq və ümumu sahələrin təmizliyi
+Otaq və ümumu sahələrin təmizliyi
Fitness mərkəzi

Fitnes mərkəzimiz fiziki formanı yaxşılaşdırmaq və qorumaq üçün çeşidli məşq avadanlıqları ilə təmin edilmişdir. Bu avadanlıqlara planlı və düşünülmüş formada məşqin təşkili üçün fitnes mərkəzimizin təlimatçısı sizə məsləhətlər verəcəkdir.

Fintes zalı üç əsas hissədən ibarətdir. Birinci hissəyə kardio avadanlıq, ikincidə güc artırma cihazları, üçüncüyə isə aerobika və pilates zalı aiddir. Bütün bölmələrdə olan avadanlıq dünyada bu sahədə birinci sıralarda olan “Technogym” markalı istehsalçıya aiddir.

Hərkəsə məlumdur ki, bir işlə məşqul olduqda yerləşdiyin mühit böyük əhəmiyyət daşıyır. Fitnes zalımız birbaşa gün işığı ilə işıqladırılan, ətrafdakı meşənin gözəlliklərini zala ötürən panoramik divarlarla təchiz edilmişdir. Digər tərəfdən isə qapalı hovuzumuzun mavi suları mənzərəni tamamlayır. Bizim zalda fiziki yüklənərək mənəvi istirahət etmək mümkündür.

+Fitness mərkəzi
+Fitness mərkəzi
Gözəllik salonu

Möcüzəvi çevrilmənin məkanı olan “Qalaaltı gözəllik mərkəzi” – elə bir yerdir ki, burada nəinki zərif cinsin nümayəndələri hətta kişiləri də maraqlandıracaq. Axı bir tək stilli saç düzümü, manikür və pedikür ilə iş bitmir. Gözəllik salonunda olduqdan sonra bir sıra kompleks proseduralar sayəsində Sizin xarici görünüş və daxili vəziyyətiniz harmoniyaya çatacaq.İfadəedilməz yüngüllük hissi və eyforiyanı Sizə Ozon kapsula “Kalipso” bəxş edəcək. O bədəni narın qızdırıb rahatlatan, həyat gücünü bərpa edən, xususi komfort yaradan unikal bir sistemdir.

+Gözəllik salonu
+Gözəllik salonu
Spa salon

Siz öz fiziki formanızı nəinki bir tək Fitness zalında, hətta xüsusi ilə şərq massajının “Alma materi” hesab edilən Taylandan dəvət edilmiş Spa-terapistlərin həssas əlləri altında yaxşılaşdıra bilərsiniz. Klassik, idman, tay, stoun-massaj- seçim Sizin arzularınıza və bizim mütəxəssislərin məsləhətinə bağlıdır.

Stoun-terapiya, aromaterapiya, talasoterapiya və solyariy sizin bədəninizi mükəmməl edəcək. İlk müsbət nəticələri Siz artıq birinci prosedurdan sonra alacaqsınız, növbətidən sonra müsbət dinamikanı hiss edəcəksiniz, bütün kurs isə Sizə uzun müddətli və davamlı effekt bəxş edəcək.

SPA mərkəzini ziyarət- bu nəinki sağlamlıq və gümrahlığa nail olmaqdır, burada Sizi əhatə edən qayğıdan əvəzedilməz həzz alacaqsınız. Hərbir qonağa individual yanaşma və hər kəs üçün personal proqramın seçilməsi- bütün bunlar sizi biganə qoymayacaq!

+Spa salon
+Spa salon

REZERVASİYA VƏ QİYMƏTLƏR
Gəliş
Ayrılma
Xüsusi təkliflər
  • Stressin və yorğunluğun aradan qaldırılması

    Stressin və yorğunluğun aradan qaldırılması

    • Maqnitoterapiya
    • Elektroterapiya
    • Mineral Vannalar
    • Oksigen köpüyü
    • İdman zalı
    • Lazer terapiya
    Daha ətraflı
    Həftəlik paket
    1 295 ман.7 gün
  • Stressin və yorğunluğun aradan qaldırılması

    Stressin və yorğunluğun aradan qaldırılması

    • Maqnitoterapiya
    • Elektroterapiya
    • Mineral Vannalar
    • Oksigen köpüyü
    • İdman zalı
    • Lazer terapiya
    Daha ətraflı
    İki həftəlik paket
    2 590 ман.14 gün
  • Stressin və yorğunluğun aradan qaldırılması

    Stressin və yorğunluğun aradan qaldırılması

    • Maqnitoterapiya
    • Elektroterapiya
    • Mineral Vannalar
    • Oksigen köpüyü
    • İdman zalı
    • Lazer terapiya
    Daha ətraflı
    Üç həftəlik paket
    3 885 ман.21 gün