110.00 AZN / gün 4 otaq növləri
*****Qalaaltı Hotel & Spa Azərbaycanda müasirlik və rahatlıqı ilə digər otel və istirahət mərkəzlərindən fərqlənir. Hotel 152 Superior sinif otaqları, 16 suit- otaqlar və müxtəlif dizayn üslubu ilə tərtib olunmuş üç villadan ibarətdir.
UNİKAL XİDMƏT KOMPLEKSİ
Five-Star Spa
Sağlam bədəndə sağlam ruh olar. “Qalaaltı” kompleksinin müasir SPA mərkəzi, dünya standartlarına uyğun təchiz edilmiş və Sizin həyat enerjinizi qorumağa, stresslərdən və artıq çəkidən azad olmağa, eyni zamanda orqanizminizin cavanlaşdırılmasına xidmət edir.
"Çıraq" Diaqnostika Mərkəzi dünya diaqnostika son nailiyyətlərini özüsndə təcəssüm etdirir. Müasir avadanlıq sayəsində mərkəzdə 350 dən artıq çeşiddə diaqnostik müayinələrin aparılması mümükndür (USM, endoskopiya, rentgen, laborator müayinələr). Bu cür yanaşma ” Müvəffəq müalicə düzgün diaqnozdan başlayır” prinsipinə əsaslanır. Diaqnostikanın əsas istiqamətləri: urologiya, kardiologiya, nevrologiya, ginekologiya, proktologiya və s. Mərkəzdə duodenal zondlama və rentgen diaqnostika xüsusi təlabatla qarşılanır. Qalaaltı sanatoriyasınınn “Çiraq” tibb mərkəzində:
Azərbaycanın “Qalaaltı” sanatoriyasının Tibb mərkəzi insan orqanizminin sağlamlaşdırılması, bərpası və xəstəliklərin profilaktikası üçün ,təbabətin müasir təlabatlarına cavab verən, geniş kompleksli fizioterapiya proseduraları vasitəsi ilə maksimal şərait yaradır.
Almaniya, Hollandiya, Sloveniya firmaların avadanlıqları bütün apparat fizioterapiyasının əhatə edir: bu qan dövranını yaxşılaşdıran və əzələ gərginliyini götürən və ya əksinə, əzələ tonusunun yetərsizliyinin kompensasiya edən elektromüalicə, dalğa-zərbə terapiyası və krioterapiya, lazer terapiyası, maqnit və ultrasəs terapiyası. Standart balneoterapiya kompleksində bütün istilik daşıyıcılarından daha yüksən istilik tutma və minimal istilik keçirmə qabiliyyətinə malik olan tibbi ozokeritin müalicəvi xüsusiyyətlərindən istifadə edilir. Ozokeritin böyük ehtiyyatları Qalaaltı kəndinin yaxınlığında mövcuddur.
İnqalyasiya və mərkəzin unikal təklifi olan və xüsusi datçiklər vasitəsi ilə içində təbii duz mağaralarında olan mühiti yaradan speleokamera vasitəsi ilə ağciyər xəstəliklərinin və allergiyanın müalicəsi aparılır, böyük şəhərlərin “təmiz” havasından ağciyərlər təmizlənir.
Əgər siz balneo-ozokerit bölməsinin xidmətlərindən istifadə etsəniz sizin komfortlu istirahət çox faydalı ola bilər. Burada aşağıdakı proseduraları ala bilərsiniz:
Proseduraların qiyməti 5-50 AZN arasında dəyişir.
Burada Siz, Qalaaltı mineral sularının xüsusiyyətlərinə əsaslanan xüsusi proseduralar ala bilərsiniz. Eyni zamanda müxtəlif balneo-proseduralar: